Sosial yardımlar sabah ödəniləcək 

15:35 29.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə ünvanlı sosial yardımların verilməsində gecikmələrin yaşanması barədə xəbərlər yayılıb.

Hafta.az məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə müraciət edib.

O, sorğumuza cavab olaraq bildirib ki, sosial yardımların ödənişi sabah yekunlaşacaq.

Rəşad Mehdili vurğulayıb ki, sosial müavinətlərin ödənişi dünən yekunlaşıb.